Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstriyada rəqəmli radionun yayımına başlanılıb


Mayın sonunda Avstriyada rəsmən rəqəmli radionun yayımına başlanılıb. Bu barədə "Digitalradio Österreich” şirkətinin məlumatında deyilir.  
 
Hazırda paytaxt Vyana və onun ətraf ərazilərində “DAB+” standartında rəqəmli radio yayımın tətbiqi üzrə pilot layihə çərçivəsində translyasiya olunan 15 radio proqramının qəbulu mümkündür.
 
Yeni rəqəmli radiostansiyaların efirində xristian musiqisi, elmi-populyar və sənədli proqramların daxil olduğu kontent səslənir.   
 
“ÖRF” korporasiyasının "ÖRS” törəmə şirkəti rəqəmli radio yayım üçün Vyanada yerləşən və siqnalın “DAB+” standartında ötürülməsini təmin edən iki ötürücü qüllə təqdim edib, - "Mediasatyazır.




04/06/15    Çap et