Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Altı min idmançı barəsində ətraflı məlumat Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə yerləşdirilib


Birinci Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının bioqrafiyası Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib.
 
Bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş "İdmançılar" bölməsinə daxil olmaqla əldə etmək mümkündür.
 
Oyunalrın Təşkilat Komitəsindən bildirilib ki, həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq.
 
Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.
 
 
İdmançıların bioqrafiyalarına bu keçidə daxil olmaqla baxa bilərsiniz 
 
Həqiqət İSABALAYEVA




05/06/15    Çap et