Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SAZZ” şirkəti yeni “Wi-Fi” modemini satışa çıxarıb


“SAZZ” şirkəti etibarlığına görə müştərilər tərəfindən yüksək qiymətləndirilən CPE4000 “Wi-Fi” modemini satışa çıxarıb. Yeni müştərilərə 08 İyun – 15 Sentyabr tarixlərində keçirilən yay kampaniyası çərçivəsində CPE4000 modeminə 10% güzəşt təqdim olunur:
 
151 AZN ödəməklə müştəri 30 gün internet və CPE4000 modemini əldə edir. Modemi Süleyman Rüstəm 17 B, ünvanında yerləşən baş ofisdən və istənilən “SAZZ” satış nöqtəsindən əldə etmək olar.
 
Həmçinin, müştəri 191 “qaynar xətt”inə müraciət edərək çatdırılma xidmətindən faydalana bilər.
 
  Xatırladaq ki, “SAZZ İnternet” həmişə olduğu kimi hər yeni abunəçiyə İnternet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.
 
 
Hazırda “SAZZ İnternet” Bakı, Sumqayıt, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Şəki, Gəncə, Xırdalan, Mingəçevir, Astara, Lənkəran, Lerik və Masallı şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir.
 
 
RƏVAN
 




05/06/15    Çap et