Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ə.Amaşov: “Azərbaycan “Facebook” rəhbərliyi ilə danışıqlar aparmalıdır”


“Azərbaycanda internet azaddır. Ölkədə söz və fikir azadlığı var. Lakin bu azadlıqdan sui-istifadə edənlər, digərlərinin azadlığına toxunanlar var. Bəzi insanlar sosial şəbəkələr vasitəsi ilə ölkənin nüfuzlu insanlarının şərəfinə və nüfuzuna toxunan fəaliyyət göstərirlər”.
 
 “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib.
 
O, sosial şəbəkələrdə yaradılan bəzi səhifələrə toxunaraq onların pozuculuq fəaliyyəti göstərməsindən danışıb. MŞ sədri bildirib ki, sosial şəbəkələrdə müxtəlif adlar altında fəaliyyət göstərən səhifələrdə ölkədə tanınmış insanların şəkilləri yerləşdirilərək təhqiramiz ifadələr yazılır:
 
 “Bəzi Facebook səhifələrində Azərbaycanın bir neçə media kapitanlarının, siyasətçilərinin şəkilləri paylanılır və ünvanlarına təhqiramiz ifadələr yazılır”.
 
 
Əflatun Amaşov “Facebook” rəhbərliyinin həmin səhifələri bağlamalı olduğunu önə çəkərək qeyd edib ki, sosial şəbəkə rəhbərləri qeyri-əxlaqi ifadələrlə insanları təhqir edən səhifələrin fəaliyyətinə imkan yaratmamalıdır:
 
 “Bağlamasa, Azərbaycanda "Facebook" bağlanmalıdır. Bu cür səhifələrin bağlanması mümkün olmazsa,  Azərbaycan “Facebook” rəhbərliyi ilə danışıqlar aparmalıdır".
 
 
SEYMUR




05/06/15    Çap et