Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ucqar dağ kəndlərində internet xidmətləri


Regionlarda abunəçilərin internet xidmətlərindən keyfiyyətli istifadəsi üçün səmərəli tədbirlər həyata keçirilir. Bu məqsədlə “Aztelekom” İstehsalat Birliyi (İB) kəndlərdə ADSL avadanlığının alınıb qurulması üçün tender elan edib.
Tenderin şərtlərində genişzolaqlı internetə çıxış avadanlığı ilə yanaşı, internetin kənd yerlərinə daha keyfiyyətli çatdırılması məqsədi ilə əlavə avadanlığın da (transmissiya) qurulması nəzərdə tutulub. Bu, sakinlərin daha keyfiyyətli və sürətli internetlə təmin olunmasına şərait yaradacaqdır.




09/06/11    Çap et