Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnnovativ elektron tədris resurslarından istifadə etmək üçün müəllimlərə abunə kartı verilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirmişlər ki, müvafiq layihəyə uyğun olaraq 2010–2011- ci dərs ilində Bakının 60 ümumtəhsil məktəbinin birinci siniflərində dərs demiş ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktiki hazırlığını təmin etmək məqsədilə www.oxuyuruq.biz saytında dörd fənn (“Azərbaycan dili”, “İnformatika”, “Riyaziyyat”, “Həyat bilgisi”) üzrə innovativ elektron tədris resurslarından istifadə etmək üçün 240 abunə kartı verilmişdir. Yeni tədris ilindən abunə kartı əldə edən müəllimlər üçün treninqlərin keçirilməsi planlaşdırılır.




12/09/11    Çap et