Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar” Bakı Bulvarında Avropa Oyunlarına həsr edilmiş pavilyon açıb


Azərbaycanın ilk “3G” operatoru “Nar” şirkəti “Bakı-2015” Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı və telekommunikasiya təminatçısı kimi Milli Parkda yeni “Nar Pavilyonu” açıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin baş icraçı direktoru Kent Maknili bildirib ki, pavilyonun yaradılmasında əsas məqsəd odur ki, insanlar Avropa Oyunları və “Nar” haqda ətraflı məlumat əldə edə bilsinlər.
 
“Pavilyonda eyni zamanda şəkil çəkdirmək, Avropa Oyunlarının elementlərilə tanış olmaq və “Nar” xidmətləri haqda məlumat almaq olacaq. Pavilyon Avropa Oyunlarının sonuna kimi hər gün saat 14:00-dan gecə yarısına kimi işləyəcək”, - deyə K. Maknili bildirib.
 
Pavilyon üç hissədən ibarətdir: birinci hissədə interaktiv tablo və monitor vasitəsi ilə “Nar” hekayəsi ilə tanış olmaq olar, ikinci hissədə isə Avropa Oyunları haqda su üzərində proyeksiya təqdim edilir, üçüncü hissədə isə pavilyonu ziyarət edənlər Avropa Oyunları mövzusuna uyğun şəkil çəkdirə bilərlər.
 
Aynur Vəliyeva




11/06/15    Çap et