Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalındakı “Şəxsi kabinet”in funksionallığı artırılır


“Şəxsi kabinet”in yeni funksiyaları istifadəyə veriləcək.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, tezliklə “Elektron hökumət” portalındakı  “Şəxsi kabinet” vasitəsilə istifadəçilər kommunal borcları, ödəməli olduqları cərimə və rüsumlar, öz adlarına olan daşınmaz əmlak, ev telefonları və mobil telefonlar barədə bildiriş əldə edə biləcəklər.
 
 
Bundan əlavə, istifadəçinin sənədlərinin etibarlılıq müddətinin bitməsi barədə bildiriş almaq olacaq.
 
 
Qeyd edək ki, “Elektron hökumət” portalında qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır.
 
 
CAHANGİR
 
 
 
 




16/06/15    Çap et