Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” yeni müqavilə imzalayıb


Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti sorğu xidmətləri üzrə müqavilə imzalayıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilə “SİAR Intelligence” məhdud məsuliyyətli cəmiyyətilə bağlanılıb.
 
Müqavilə çərçivəsində “SİAR Intelligence”   MMC “Azərkosmos” ASC-yə “Peyk televiziyası operatoruna olan tələbatın öyrənilməsi üçün respublika üzrə əhali arasında müvafiq sorğunun keçirilməsi”  istiqamətində xidmətlər göstərəcək.
 
Qeyd edək ki, müqavilənin ümumi dəyəri 9140 manat təşkil edib.
 
Aynur Vəliyeva




16/06/15    Çap et