Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” xidmətinin veb versiyası bütün dünyada əlçatan olub


“Skype” internet telefoniya xidmətinin veb üçün beta-versiyası yalnız ABŞ və Böyük Britaniya ərazisində deyil, bütün dünyada əlçatan olub. Bu haqda şirkətin bloqunda yazılıb.
 
"ICTnews" elektron xəbər xidməti “tjournal.ru” saytına istinadən bildirir ki, veb versiyadan istifadə üçün “Skype.com” saytında hesaba daxil olmaq və “Brauzer üçün Skype" seçmək lazımdır. Səsli videozənglər üçün ayrıca genişlənmə tələb olunur: brauzer onu avtomatik yükləməyi təklif edir.
 
Xidmətin yeni versiyası təxminən 30 dil dəstəkləyir. Şirkətin nümayəndələri belə düşünür ki, xidmətin yeni versiyası adətən “Skype” xidmətinin mobil versiyasından istifadə edən, mesaj yoxlamaq və zəng etmək üçün ayrıca masaüstü proqram yükləmək istəməyənlər üçün yardımçı olacaq.
 
Xidmətin cari versiyasında yalnız mesaj göndərmək, səsli və video görünüşlü zənglər etmək olar, amma mobil və ya stasionar telefonlara zəng etmək olmaz.
 
Emil Hüseynov




16/06/15    Çap et