Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Mülki Aviasiya Təşkilatı elektron siqaretlərin təyyarə baqajına verilməsini qadağan etdi


Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) yanğın təhlükəsinə görə mülki təyyarələrin sərnişinlərinə və ekipaj üzvlərinə elektron siqaretləri və onların yükləyici qurğularını baqaja verməyi qadağan edib.

Həmçinin ekipaj üzvlərinə elektron siqaretləri təyyarənin kabinəsində yandırmaq qadağan edilib.

Müvafiq dəyişiklik 2015-2016-cı illərdə təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınması üzrə texniki Təlimatına daxil edilib və artıq qüvvəyə minib.

Bu qərar təyyarənin baqajında elektron siqaretlərin qızdırıcı elementlərinin təsadüfən aktivləşməsi nəticəsində bir neçə dəfə yanğın hadisəsinin baş verməsi ilə əlaqədar qəbul edilib.

Bundan sonra sərnişinlər elektron siqaretləri və yükləyici qurğuları təyyarənin salonunda, yəni əl yükündə aparmalı olacaqlar
 




17/06/15    Çap et