Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropol və “Group-IB” kibercinayətkarlıqla mübarizədə öz səylərini birləşdirir


Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (Avropol) və “Group-IB” şirkəti qarşılıqlı anlaşma haqda memorandum imzalayıb.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, bu əməkdaşlıq tərəflər arasında strateji cəhətdən mühüm məlumat, təcrübə, tendensiyalar və statistik məlumatların mübadiləsini nəzərdə tutur. Bu da son nəticədə yüksək texnologiyalar sahəsində fırıldaqçılığın qarşısının alınmasına və müxtəlif cinayət formaları ilə mübarizəyə yönəlib.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, imzalama mərasimi iyunun 17-də Haaqada baş tutub.

Avropolun əməliyyatlar üzrə direktor müavini Vil van Qemert bu əməkdaşlığı belə şərh edib: "Kibercinayətkarlıq təhlükəsi indi çox aktualdır, biz birləşməli və bu cinayətlərə qarşı birgə mübarizə aparmalıyıq".

Emil Hüseynov




18/06/15    Çap et