Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlayn ticarətin inkişafına nə mane olur?


“GfK” şirkəti tərəfindən keçirilən sorğudan məlum olub ki, bu il həm onlayn, həm də offlayn pərakəndə ticarətin inkişafına böyük təsiri alış-veriş prosesinin rahatlığı göstərəcək. Bu tendensiya 2013-cü ildə keçirilən analoji tədqiqatla müqayisədə əhəmiyyətli dərəcədə artıb. 2013-cü ildə sorğu zamanı alış prosesinin rahatlığı yeddinci, 2015-ci ildə birinci yeri tutub.
 
Bu isə o deməkdir ki, həm internetdə pərakəndə ticarət, həm də offlayn satıcılar üçün diqqəti alış prosesinin rahatlığına yönəltmək zərurəti artır, çünki bu, birbaşa istehlakçı seçiminə təsir edir. Bundan əlavə, qiymət rəqabətinin pərakəndə satışın inkişafına təsirini itirəcəyi gözlənilir.
 
Alış-verişin rahatlığı ilə yanaşı, internet və mobil kommunikasiyaların əhəmiyyəti artır. Hazırda belə kommunikasiyalar üçüncü yeri tutur və gələcəkdə onların əhəmiyyəti artmaqda davam edəcək. Buna istehlakçıların internetdə mal axtararaq müqayisə etdikləri mobil xidmətlərin inkişafı xidmət edir. Kompleksli çoxkanallı pərakəndə ticarət bu tendensiyaları dəstəkləməklə əhəmiyyətli olacaq, - "Payspacemagazine” yazır.




18/06/15    Çap et