Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnnovativ Biznes İnkubatorunun startapçıları yeni layihələr təqdim ediblər


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov ADİU-nun İnnovativ Biznes İnkubatorunun startapçıları ilə görüşüb. Tədbirdə Biznes İnkubatorunun startaplarının icra vəziyyəti barədə məlumat verilib. Onların biznes aspekti baxımından səmərəliliyi təhlil edilib. Layihələrin mənfəət göstəricilərinin artırılması yolları müzakirə edilib. Qarşıya çıxan maneələrin aradan qaldırılması üçün görüş iştirakçıları təkliflərlə çıxış edib, öz tövsiyələrini veriblər. Universitetdən qeyd edilib ki, sonra ADİU və digər universitet tələbələri yeni layihələrinin təqdimatını keçirib. Təqdim olunan layihələr əsasən maliyyə təlimləri və xidmət sektorunu əhatə edib. Startapçı olmaq istəyən gənclər layihələrinin əhəmiyyətindən danışıblar.

Universitet rektoru, professor Ə.Muradov ADİU tərəfindən bundan sonra da startapçıların dəstəklənəcəyini bildirərək, yeni layihələrin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.
 
 
Həqiqət İSABALAYEVA





19/06/15    Çap et