Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni veb növü saytların yüklənmə sürətini 20 dəfə artıracaq


“Google”, “Microsoft” və “Mozilla” saytların yüklənmə sürətini 20 dəfə artıracaq yeni növ veb icad ediblər.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətlər saytların kodunu “C/C++” və digər dillərdə yazmağa və saytın binar icra olunan faylına kompilyasiya etməyə imkan verən yeni veb-standart yaratmaq qərarına gəliblər. Bu yenilik onlarla dəfə saytların yüklənmə sürətini artıra bilər.

“Google”, “Microsoft” və “Mozilla” şirkətləri “WebKit” ilə birgə “WebAssembly” adlanan yeni binar formatın işlənib hazırlanması üzrə işlərə başladıqlarını elan ediblər.

Şirkətlərin həyata keçirdiyi layihənin birinci məqsədi icra olunan əlavə proqram şəklində fəaliyyət göstərən saytlar yaratmaqdır. İkinci məqsəd – yeni aşağı səviyyəli icra edilən kodun yaradılmasıdır, hansı ki, geniş yayılmış “Java Script” dilini əvəz edə biləcək.

Ehtimal edilir ki,  “WebAssembly”  ilə tərtibatçılar saytın icra olunan hissələrini təkcə “JavaScript” vasitəsi ilə deyil, həm də “C/C++”, “Rust”, “Go”, “C#” və digər dillərdə yarada biləcəklər, onları sadəcə ilkin kodu icra edilən fayla kompilyasiya edərək.

Aynur Vəliyeva





19/06/15    Çap et