Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan “SreXperts Convention -2011” təmsil olunur


Dünya informasiya texnologiyaları mütəxəssisləri “Alcatel-Lucent” şirkətinin təşkilatçılığı ilə Polşanın paytaxtı Varşavada keçirilən “SreXperts Convention - 2011” beynəlxalq tədbirində iştirak edirlər.
İyunun 9-dək davam edəcək toplantıda ölkəmizi Məlumat Hesablama Mərkəzi direktorunun müavini Sahib Nəcəfov təmsil edir. Tədbirdə İP (İnternet protokolu) texnologiyalar sahəsində həyata keçirilən layihələr, qazanılan uğurlar, perspektiv planlar və digər məsələlər müzakirə ediləcəkdir.




09/06/11    Çap et