Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Android” qurğularında səhvlərin aşkar edilməsi üzrə mükafatlar proqramına start verib


“Google” şirkəti “Android” qurğularında səhvlərin aşkar edilməsi üçün yeni mükafatlar proqramının icrasına başlayıb (nexus 6/9-dan başlayaraq). 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Android Open Source Project”in əsas  kodunda, OEM-kodunda, nüvəsində,  “TrustZone” əməliyyat sistemində və modullarında aşkar edilən səhvlərə görə 2 min dollar məbləğində mükafat verilir.

“Android”ə aid olmayan kod səhvləri (misal üçün, sistem yamaqlarının bağlanması), o hallarda baxılır ki, onların əmələ gəlməsi “Android”in ümumi təhlükəsizlik sisteminin pozulmasına gətirir.

Aynur Vəliyeva





19/06/15    Çap et