Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” “Windows Phone” üçün səsli zəng funksiyasını istifadəyə verib


“WhatsApp” messencerinin “Windows Phone” mobil platforması üçün yeniləməsi çıxarılıb: messencer artıq səsli zənglər edir və “Windows 8.1” sistemi ilə işləyən qurğulara audiofayllar göndərə bilir.

Bundan əvvəl bu funksiya mobil messencerin “iOS” və “Android” üçün versiyalarında işə salınıb.

"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “WhatsApp” messencerində səsli zəng funksiyası bütün populyar mobil platformalar üçün əlçatan olduqdan sonra, xidmət “Viber” və “Skype” ilə rəqabət aparmaq üçün rabitə və başqa qlobal funksiyaların keyfiyyətinin təkmilləşdirilməsi ilə məşğul ola bilər.

Emil Hüseynov




25/06/15    Çap et