Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən il “Android” virusların sayı 390 faiz artıb


“Pulse Secure” şirkətinin məlumatına görə, 2014-cü ildə “Android” mobil əməliyyat sistemli qurğulara qarşı yönələn virusların sayı 390 faiz artıb.

Bu müddət ərzində şirkət tərəfindən populyar mobil platforma üçün nəzərdə tutulan 1 milyondan çox yeni zərərli proqram qeydə alınıb. Mütəxəssislərin hesablamalarına görə, ötən il “Google” şirkətinə məxsus əməliyyat sistemi dünyada bütün virusların 97 faizinin hədəfinə çevrilib.
 
Bundan başqa, zərərli proqramların növü xeyli genişlənib. Belə ki, hesabat dövründə tədqiqatçılar tərəfindən 1268 yeni virus ailəsi aşkar olunub ki, bu da 2013-cü ildən 464 ailə çoxdur.
 
Cinayətkarların ən populyar hədəfi, gözlənildiyi kimi, potensial qurbanların pulu olub. Hər onuncu virusun funksionallığı maliyyə informasiyasının və s. oğurlanması üçün nəzərdə tutulub.  
 
Müsbət tendensiyalardan biri əksər proqramların qeyri-rəsmi əlavələr mağazalarına köçməsi olub. Bu səbəbdən “Pulse Secure” mütəxəssisləri təhdidlərdən qorunmaq üçün ən effektiv üsul kimi rəsmi “Google Play” servisindən istifadəni hesab edirlər, - "SecurityLab” yazır.




29/06/15    Çap et