Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Uber Bakı” sərnişinlərinə pulsuz “Wi-Fi” xidməti təqdim edir


Mobil qurğu istifadəçiləri üçün artıq hər yerdə internetə çıxışın olmasının son dərəcə vacib olduğunu nəzərə alaraq "Uber Bakı" yeni servis təqdim edib.
 

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Uber Bakı" servisi bütün avtomobillərini sərnişinləri pulsuz "Wi-Fi" qoşulma ilə təmin edən "3G" qurğuları ilə təchiz edib.

 
Qlobal şəbəkəyə qoşulmaq üçün xüsusi prosedurlardan keçməyə ehtiyac yoxdur. Taksiyə oturan kimi sərnişin "Uber" adlanan "Wi-Fi" şəbəkəyə çıxışla təmin edilir və "uber1234" bu şəbəkəyə qoşulmaq imkanı əldə edir.
 
Aynur Vəliyeva
 




30/06/15    Çap et