Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İyun ayında imtahan nəticələrini elektron xidmət vasitəsilə öyrənənlərin sayı 350 minə yaxın olub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalında iyun ayı ərzində ən çox istifadə olunan xidmətlərdən birinin adını açıqlayıb.
 
 
Söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) "Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi" elektron xidmətindən gedir. İyun ayında bu xidmətdən 345432 dəfə istifadə olunub. 
 
 
Elektron xidmətdən istifadə edərək bakalavriat və magistratura səviyyəsinə qəbul olma, keçirilmiş sınaq imtahanları, rezidentura səviyyəsinə qəbul olma, ümumitəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin buraxılışı, imtahan nəticələri haqqında və s. məlumatları iş nömrəsi, şifrə və ya şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd edərək internet və ya qısa mesaj (SMS) vasitəsilə əldə etmək mümkündür.



CAHANGİR




01/07/15    Çap et