Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gürcüstan rəqəmli televiziya yayımından istifadəyə başlayıb


Gürcüstanda rəqəmli televiziya yayımına keçid iyunun 17-nə planlaşdırılırdı, ancaq Tiflisdə baş vermiş dağıdıcı daşqın buna mane olub. Analoq yayımının söndürülməsi altı həftə ərzində mərhələli şəkildə həyata keçiriləcək.
 
"ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, Gürcüstan iyulun 1-dən rəqəmli televiziya yayımına keçib, analoq yayımının söndürülməsi ölkənin paytaxtından başlayaraq mərhələli şəkildə həyata keçiriləcək.
 
"Analoq televiziya yayımının söndürülməsi və rəqəmli yayıma keçid mərhələli şəkildə 6 həftə ərzində bütün ölkəni əhatə edəcək" – Gürcüstanın Milli Kommunikasiya Komissiyasından bildirilib.
 
Emil Hüseynov
 




02/07/15    Çap et