Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” loqotipini dəyişib


“Facebook” internet şirkəti loqotipini dəyişib. Loqotip 2015-ci ildən ilk dəfədir dəyişdirilir.
 
Yeniliklər inqilabi xarakter daşımır. Şirkətin mavi fonda ağ hərflərlə yazılan adı olduğu kimi qalıb. Lakin onların şrifti bir qədər dəyişərək daha qəşəng və incə olub.  
 
“Məqsədimiz ondan ibarət olub ki, şirkətin yeni loqotipi daha rəngarəng və cəlbedici görünsün”, - şirkətin kreativ direktoru Coş Hiqqins deyib. Onun sözlərinə görə, budəfəki işlərə şirkətin əvvəlki loqotipinin yaradıcısı Erik Olson cəlb olunub.
 
Dəyişikliklər “Facebook”un “F” hərfi formasında simvolu olan əmtəə nişanına aid edilməyib. Ondan portalın səhifələrində geniş istifadə edilir, - “TASS yazır.




03/07/15    Çap et