Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Windows 7” əməliyyat sistemi ilə işləyən qurğuların sayı 1 milyardı ötüb


Məlum olub ki, “Windows 7” əməliyyat sistemi ilə işləyən qurğuların sayı 1 milyardı ötüb. Lakin yenə də iki il əvvəlki tarix təkrarlana bilər. Belə ki, o zaman “Microsoft” korporasiyası “Windows XP” əməliyyat sistemini bazardan çıxarmaq üçün sistemin yenilənməsindən imtina edib.
 
 Qeyd edək ki, o zaman “XP” sistemi istifadəçilərinin əksəriyyəti “Microsoft”un ən yeni həllərinə keçməyərək “Windows 7” platformasından istifadə edib.
 
İndi “Windows 10” sisteminin buraxılması ərəfəsində Satya Nadellanın rəhbərlik etdiyi şirkət o haqda düşünür ki, pulsuz təkmilləşdirmə və başqa ideyalar istifadəçilərin “Windows 7”-dən “Windows 10” sisteminə keçməsinə imkan verəcəkmi?
 
 
"ICTnews" elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, “Microsoft”un rəsmi məlumatlarına əsasən, “Windows 7” digər ƏS-ni xeyli geridə qoyub. “Net Applications” tədqiqat şirkətinin məlumatları da bunu təsdiq edir.
 
 
Maraqlıdır ki, bazar payı baxımından “Windows 7” və 6 il əvvəlki “Windows XP”, demək olar, eyni səviyyədədir. O zaman “XP” sisteminin bazar payı 76,2 faiz idi, “Windows 7”-də isə bu göstərici 67,1 faiz təşkil edir. Bu halda " Windows 7" masaüstü platformasından tam imtina yalnız 2020-ci ildə planlaşdırılıb.
 
 
Emil Hüseynov




06/07/15    Çap et