Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram”da daha keyfiyyətli fotoşəkillər yükləmək olacaq


"Instagram" xidmətə yüklənilən şəkillərin keyfiyyətini təkmilləşdirib. İndi platformada şəkillər 640x640 piksel əvəzinə, 1080x1080 piksel təsvir ölçüsündə saxlanılır. Bu haqda şirkətin nümayəndəsinə istinadən "The Verge" texnologiya bloqu yazıb.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Instagram" xidmətində şəkillər əvvəlki kimi köhnə təsvir ölçüsündə göstərilir, ancaq səhifənin koduna baxdıqda görmək olar ki, şəkillər platformada yeni formatda saxlanılır. Portal yazır ki, funksiya yaxın vaxtlarda tam işləyəcək.
 
 
"Instagram" xidməti "Facebook" sosial şəbəkəsinə məxsusdur, sonuncu bu xidməti 2012-ci ildə 1 milyard dollara satın alıb. Fotohostinqin qlobal auditoriyası aylıq 300 milyon istifadəçidən ibarətdir.
 
 
Gündəlik "Instagram" istifadəçiləri 70 milyondan çox fotoşəkil və videoçarx paylaşırlar.
 
 
Emil Hüseynov




08/07/15    Çap et