Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da 2-12 yaşlı uşaqlar videoməzmunu yığcam cihazlarda izləməyə üstünlük verir


“Miner & Co” şirkətinin yeni araşdırmasına əsasən, 2-12 yaşlı uşaqların 50 faizindən çoxu videoməzmunu televizorda deyil, yığcam devayslarda izləməyə üstünlük verirlər.

"ICTnews" elektron xəbər xidməti “cableman.ru” saytına istinadən bildirir ki, ABŞ-da 800 ana və ata arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, uşaqların 57 faizi beş əsas səbəbə görə mobil qurğulara üstünlük verir. Birinci və ən vacib səbəb odur ki, belə qurğuları özünlə istənilən yerə aparmaq olar. İkinci səbəb uşaqların “touch-screen” texnologiyasını bəyənməsidir. Üçüncü səbəb odur ki, mobil cihazlardan istifadə etmək uşaqlar üçün daha asandır.

Dördüncü səbəb belə qurğulardan istifadə uşaqlarda sərbəstlik hissi yaradır, nəhayət, beşinci səbəb məzmunu dəfələrlə izləmək imkanıdır.

Ümumiyyətlə, rəyi soruşulmuş ev təsərrüfatlarının əksəriyyətində televizor, bir qayda olaraq, ikinci ekran rolunu oynayır. Ailələrin 50 faizində pis davranışa görə cəza kimi televizordan istifadə edilir. Yəni uşağı planşet və ya smartfondan məhrum edərək əvəzində televizorda sevimli cizgi filmlərini izləməyə məcbur etmək ABŞ-da cəza hesab edilir.


Emil Hüseynov




10/07/15    Çap et