Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalılar telefonla edilən ödənişləri perspektivsiz adlandırıb


“Apple Pay” mobil ödəniş sisteminin Britaniyada istifadəyə verildiyi gündə fevralda ABŞ-da kontaktsız ödənişlərin potensialı ilə bağlı aparılan tədqiqatın nəticələri açıqlanıb.   
 
Respondentlərin 43 faizi hesab edir ki, smartfonlar nağd ödənişi heç vaxt əvəz etməyəcək. Rəyi soruşulanların 37 faizi kredit kartlarının nə bu yaxınlarda işə salınan “Apple Pay”, nə də çoxdan istifadədə olan "Google Wallet” sistemlərindən geri qalmayacağına əminliyini ifadə edib.
 
Respondentlərin 17 faizi mobil telefonlar vasitəsilə kontaktsız ödənişlərin nağd pulları 5-10 il ərzində əvəz edəcəyini düşünür. Tədqiqat iştirakçılarının 19 faizi bu müddəti plastik kartlardan imtina üçün normal hesab edir.
 
Rəyi soruşulanlar arasında smartfonlarla ödənişlərin yaxın 3 ildə nağd və kartlarla ödənişləri əvəz edəcəyini müvafiq olaraq 11 və 12 faiz düşünür, - "Lenta” yazır.




15/07/15    Çap et