Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən populyar proqramlaşdırma dili hansıdır?


“Java” dünyanın ən populyar proqramlaşdırma dili olub.  “Java” proqramlaşdırma dilinin reytinqi 2,04 faiz yüksələrək 17,73 faiz olub. 16.15 faiz göstəriciyə malik “C” dili reytinqdə ikinci pillədə qərarlaşıb.
 
"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, hər ay “TIOBE Software” şirkəti tərəfindən tərtib edilən proqramlaşdırma dillərinin populyarlığı reytinqində “C++” proqramlaşdırma dili üçüncü pilləyə yüksəlib.
 
“TIOBE” reytinqi müvafiq proqramlaşdırma dilləri üzrə mütəxəssis və təlim kurslarının sayı haqda axtarış sistemlərinin məlumatına görə hesablanır.
 
Emil Hüseynov




15/07/15    Çap et