Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” 275 min yoxsul ailəni genişzolaqlı internetə çıxışla təmin edəcək


Ağ Ev “Google” şirkətinin digər internet xidməti tədarükçüləri ilə əməkdaşlıqda ABŞ-ın 275 min yoxsul ailəsini pulsuz və ya çox ucuz tariflə qlobal şəbəkəyə qoşulma ilə təmin edəcəyini bəyan edib.

“ConnectHome” adlanan proqram ABŞ-ın aztəminatlı ailələrinin internetdən istifadə imkanlarının olmaması ilə bağlı problemlərinin həllində ilk addım ola bilər.

ABŞ-ın 27 şəhərində işə salınacaq “ConnectHome” proqramının məqsədi məktəb yaşlı uşaqları olan aztəminatlı ailələrin internetlə təmin edilməsidir. Layihə Ağ Evin internetdən istifadə üçün əsas maneənin gəlirlərin aşağı olması barədə açıqlama verən iqtisadi müşavirlərinin məruzələrinə əsaslanır, - “Qazeta yazır.




21/07/15    Çap et