Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin şirkətləri “4.5G” sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıb


Çinin "Huawei", "Shanghai Shendi Group", "Disney China" və "China Unicom Shanghai" şirkətləri "4.5G" sahəsində "Shanghai Disney Resort" parkında ən yeni "4.5G" şəbəkələrinin tikintisi və "4.5G" texnologiyasına əsaslanan yeni xidmətlərin göstərilməsinə dair qlobal strateji tərəfdaşlıq haqqında ilk saziş imzalayıb.
 
Sazişin məqsədi Şanxayda smart əlavələrin tanıdılması və "smart city" texnologiyasının tətbiqi, internetə çıxış texnologiyalarının modernləşdirilməsi və informasiya servislərinin transformasiyasıdır.
 
"Shanghai Disney Resort" parkında "4.5G" şəbəkəsini quran "Huawei" və "China Unicom Shanghai" şirkətləri "Əşyaların interneti" texnologiyalarının (IoT) və smart əlavələrin tətbiqi sayəsində Şanxayın görməli yerlərinin modernləşdirilməsinə töhfə verəcək.
 
İlkin mərhələdə "IoT"un yüksəkkeyfiyyətli mobil şəbəkə bazası əsasında tətbiqi planlaşdırılır. Yaxın üç ildə "2К/4К" standartlı videoxidmətlər, virtual reallıq xidmətləri və yüksəkkeyfiyyətli genişzolaqlı simsiz rabitə bazasında "LTE-Vehicle" servisi daxil olmaqla innovativ əlavələr istifadəyə veriləcək.
 
Bundan əvvəl "Huawei" və "China Unicom Shanghai" birlikdə "4.5G LTE-M" proqramını işə salıb. Bu strateji tərəfdaşlıq sazişi "4.5G"-nin qlobal miqyasda kommersiya istifadəsinin başlanmasının əsasını qoyub.
 
"4G" və "4.5G" texnologiyalarının təşəkkülü yeni qurğular, xidmətlər və istifadəçilər üçün keyfiyyətli xidmətlərə əsaslanır. Növbəti beş il ərzində "4.5G/5G" şəbəkələrinin sürətinin 1 Qbit/saniyəyədək artacağı, yubanmanın 10 millisaniyəyədək azalacağı, ümumi bağlantı sayının 30 milyard təşkil edəcəyi gözlənilir. Yaxın gələcəkdə "4.5G" telekommunikasiya sahəsində ümumi qəbul edilmiş standart və sənayenin bütün sahələrinin əsas informasiyalaşdırma texnologiyası olacağı bildirilir, - "CNews" yazır.




21/07/15    Çap et