Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ümumdünya Ticarət Təşkilatına üzv dövlətlər yüksəktexnologiyalı məhsulların idxalı üçün rüsumların ləğvi haqda razılığa gəliblər


Ümumdünya Ticarət Təşkilatı 54 ölkə arasında İT məhsulun 201 növü üzrə gömrük rüsumlarının ləğvi haqda razılıq əldə edildiyini elan edib, ancaq bəzi iştirakçı ölkələrin imzaları olmaması səbəbindən razılaşmanın reallaşdırılması təxirə salınıb.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, son 18 ildə Ümumdünya Ticarət Təşkilatının ölkələri arasında gömrük rüsumlarının ləğvinə dair razılaşma o deməkdir ki, istehlakçılar kompüter, sensor ekranlı qurğular, oyun konsolları kimi məhsulları daha ucuz qiymətə satın alacaq, eyni zamanda şirkətlər daha ucuz dəzgah və komponentlər əldə edəcək ki, bu da dünya iqtisadiyyatı üçün stimul olacaq.
 
İldə 1,3 trilyon dollar məbləğində qiymətləndirilən məhsullarla ticarət üzrə gömrük rüsumlarının azaldılması dünya iqtisadiyyatının 190 milyard dollar məbləğində artımı üçün stimul olacaq.
 
Emil Hüseynov
 
 
 
 




28/07/15    Çap et