Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilə “Instagram” mobil reklam gəliri üzrə internet nəhəngini ötəcək


2015-ci ildə “Instagram” xidmətinin mobil reklamdan əldə etdiyi qlobal gəlirin həcmi 595 milyon dollar təşkil edəcək və 2017-ci ilə bu göstərici 2.81 milyard dollara çatacaq. “Instagram” mobil reklam gəliri üzrə  ABŞ-da “Google” və “Twitter” xidmətlərini geridə qoyacaq. Bu haqda “eMarketer” tədqiqat şirkəti məlumat verib.
 
“eMarketer”in nümayəndəsi bildirib ki, 2,81 milyard dollar “Facebook”un reklam gəlirinin 14 faizi deməkdir.
 
"ICTnews" elektron xəbər xidməti “siliconrus.com” saytına istinadən bildirir ki, cari ildə ABŞ-dan kənarda “Instagram”ın reklam gəliri 30 milyon dollar təşkil edəcək ki, bu da ümumi məbləğin 5 faizi deməkdir.
 
2014-cü ildə ABŞ-da “Instagram”ın aylıq istifadəçilərinin sayı 60 faiz yüksəlib. “eMarketer”in nümayəndəsi hesab edir ki, 2019-cu ilin sonuna ölkə əhalisinin 33 faizindən çoxu (təxminən 111.6 milyon) bu sosial şəbəkədən istifadə edəcək.
 
“EMarketer” ABŞ-da xidmətinin yüksək artım tempi ilə əlaqədar proqnozlaşdırılır ki, 2017-ci ilə şirkət mobil reklam gəliri üzrə “Google” və “Twitter”i geridə qoyacaq.
 
Emil Hüseynov
 

 
 




29/07/15    Çap et