Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” sisteminin satışına başlanılıb


İyulun 29-da dünyada yeni “Windows 10” əməliyyat sisteminin satışına başlanılıb. Bu barədə “Microsoft” korporasiyasının məlumatında deyilir.
 
2014-cü ilin sentyabrında təqdim edilən “Windows 10” sisteminin son 14 ildə versiyaları oktyabr-noyabrda çıxıb, lakin bu dəfə korporasiya payızı gözləməmək qərarına gəlib.
 
“Windows 7” və “Windows 8.1” sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan “Windows 10”-nun bazara sonradan çıxarılacağı gözlənilir. Korporativ versiyalarda - “Windows 7” korporativ, “Windows 8/8.1” korporativ və “Windows RT/RT 8.1” korporativdə yenilənmələr pulsuz olmayacaq.
 
“Microsoft”-un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, “Windows 10”-nun quraşdırılacağı qurğuların sayı 2018-ci maliyyə ilinədək 1 milyardı ötəcək.
 
Bildirilir ki, “Windows 10”-da əvvəlki “Start” menyusu yenidən yer alacaq və “Cortana” səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsi ilə idarə etmək mümkün olacaq. “Cortana” həmçinin istifadəçinin “Windows” sistemli müxtəlif qurğularda işi bərpa etməyə imkan verəcək.
 
“Windows Hello” biometrik identifikasiya sistemi kompüterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan verəcək. Yeni platformada daha bir yenilik “Office 2016” ofis əlavəsi və “Microsoft Edge” brauzerinin quraşdırılmasıdır, - “Lenta”  yazır.




29/07/15    Çap et