Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: “Əşyaların interneti” istehsalçıları proqram tərtibatçısı olmağa məcbur edir”


"Əşyaların interneti" texnologiyalarının yayılması əksər "Əşyaların interneti" istehsalçılarını onlar üçün proqramlar hazırlığına başlamağa məcbur edir.

"Gartner" analitik şirkətinin mütəxəssislərinin sözlərinə görə, bu, öz növbəsində onlarda lisenziya idarəetmə sistemləri və hüquqlarına (License and Entitlement Management, LEM) tələbatı artırır. Qurğunun əsas komponentinin aparat hissəsindən proqramlara keçirilməsi müvafiq lisenziya strategiyasının olması halında istehsalçılara gəliri maksimallaşdırmağa imkan verir.
 
Qeyd olunur ki, əksər istehsalçılar hələ qurğulara quraşdırılan proqram təminatının onlara necə fayda gətirə biləcəyini anlamır. "Əşyaların interneti"nə çoxlu qurğuların qoşulması nəzərə alınmaqla proqram təminatının satışı böyük potensiala malikdir. "LEM" sistemləri internetə qoşulan qurğuların çıxışına, onların işinə və istifadəçi funksiyalarına nəzarəti həyata keçirməklə çevik qiymətqoyma sistemini təmin edir.
 
Analitiklərin sözlərinə görə, hazırda istehsalçıların çoxu "LEM" sistemlərinə malik deyil, halbuki onların əksəriyyəti belə sistemləri hazırlamağa çalışır, lakin bazarda şəraitin dəyişməsinə vaxtında reaksiya onları kənardan məhsullar almağa məcbur edəcək, - "Computerworld"  yazır.




31/07/15    Çap et