Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” internet siqnalı paylayan nəhəng dronların sınağına başlamağa hazırdır


"Associated Press" nəşri yazır ki, "Facebook" sosial şəbəkəsi internetə qoşulmaq üçün siqnal paylayan və günəş batareyaları ilə işləyən nəhəng pilotsuz uçan aparatların sınaqlarına başlamağa hazırdır.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, sosial şəbəkənin mühəndisləri 457 kq çəkisində pilotsuz təyyarə hazırlayıb. Uçuş aparatı siqnalı Yerdə quraşdırılmış stansiyaya ötürmək üçün lazer şüasından istifadə edəcək.
 
Bu pilotsuz təyyarə planetin ucqar ərazilərinin internetə qoşulması proqramı çərçivəsində hazırlanıb. "Facebook" həmçinin peyk və başqa qurğular hazırlayır.
 
Emil Hüseynov




31/07/15    Çap et