Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” platforması ilə işləyən qurğuların sayı 14 milyona çatıb


"Microsoft" korporasiyası yeni "Windows 10" əməliyyat sisteminin start uğuru haqda məlumat verib.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, proqram nəhənginin bloqundakı məlumata əsasən, "Windows 10" əməliyyat sisteminin yekun versiyasının rəsmi çıxarılışı anından ötən 24 saat ərzində bu platforma ilə işləyən kompüter qurğularının sayı 14 milyona çatıb.

"Microsoft"un Cənubi Afrika bölməsinin direktoru Entoni Doqerti deyib ki, "Windows 10" sisteminin smartfonlar üçün nəzərdə tutulmuş mobil versiyası cari ilin noyabrında əlçatan olacaq.

Emil Hüseynov




31/07/15    Çap et