Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “Android” tərtibatçılarını işə qəbul edir


Dünyanın aparıcı İT şirkətlərindən biri olan “Apple” şirkəti “Android” tərtibatçılarını işə qəbul edir.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu vakansiyaların yaranması “Apple” şirkətinin “Android” qurğu istifadəçilərini onlar üçün yeni olan “iOS” proqramları ilə işləməyi   öyrətmək istəyi ilə bağlayırlar.
 
“Apple” şirkətinin məşhur “Beats Music” şirkətini aldıqdan sonra bu, tam real    trend kimi qiymətləndirilir.
 
“Apple” şirkətinin məqsədi “Android” istifadəçilərini platformasına miqrasiya etməkdir.
 
Aynur Vəliyeva
 




07/08/15    Çap et