Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumatların mühafizəsi üçün 3.5 milyard dollara xərclənib


2011-ci ilin birinci rübündə məlumatların saxlanılma sistemləri üçün proqram təminatı satışlarından qazanc dünya bazarında 3,5 milyon dollar təşkil edib ki, bu da 2010-cu ilin analoji dövrü ilə müqayisədə 12.4% çoxdur. Bu barədə IDC analitikləri öz tədqiqat hesabatında bildiriblər.
Ekspertlərin qiymətləndirmələrinə əsasən, illik hesablamada ən böyük artımı əvvəlki dövrlərdə olduğu kimi, məlumatların saxlanılması sistemləri infrastrukturunun dəstəyi üzrə seqment nümayiş etdirib . Artım 29,3% və ya 333 milyon dollar təşkil edib. Məlumatların bərpası və müdafiəsi üçün nəzərdə tutulmuş proqramların satışları 1.4 milyard dollara çatıb.
Məlumatların saxlanılma sistemləri üçün proqram təminatı bazarının liderləri EMC və “Symantec” şirkətləri sayılır, hansı ki onların payları 23,8% və 16%-ə bərabərdir. 14,4% göstərici ilə IBM korporasiyası üçlüyü bağlayır.




09/06/11    Çap et