Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın görkəmli hərbi xadiminin 120 illiyi ilə bağlı poçt markası buraxılıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni poçt markası nəşr etdirib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, yeni marka Azərbaycanın görkəmli hərbi xadimlərindən biri olan Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr edilib.
 
Poçt markasının üzərində C.Naxçıvanskinin şəkli təsvir olunub.
 



Markanın nominal dəyəri 0,5 manat təşkil edir.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprel ayının 2-də Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
 
CAHANGİR
 





11/08/15    Çap et