Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin “Google” “aman” vermədi


"9to5Google" internet nəşri yazır ki, ABŞ-ın yeni "Alphabet" holdinqinin saytı işə salındıqdan bir sutka keçməmiş Çin ərazisində bloklanıb.
 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Google"un rəhbərliyi bazar ertəsi genişmiqyaslı yenidən strukturlaşdırma və bütün xidmətlər üçün yeni "Alphabet Inc" şirkətinin yaradılmasını elan ediblər.
 
Xatırladaq ki, 2014-cü ilin sonundan Çində "Google" axtarış sistemi bloklanır.
 
Emil Hüseynov




11/08/15    Çap et