Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın xüsusi xidmət orqanları “Wi-Fi’ texnologiyasının köməyi ilə divarın arxasında yerləşənləri görür


ABŞ-ın xüsusi xidmət orqanları London Universitet Kollecində işləyən alimlərin həllindən istifadə edərək "Wi-Fi" texnologiyasının köməyi ilə qonşu otaqda yerləşən insanların hərəkətini izləməyi öyrəniblər.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni texnologiya qalınlığı 25 santimetr olan beton divarın arxasındakı insanların hərəkətini izləməyə imkan verir.

Mütəxəssislərin həlli xüsusi xidmət orqanlarını maraqlandırıb. Belə ki, perspektivli texnologiya divarın arxasında yerləşən insanın hərəkətini izləməyə imkan verir.

Alimlərin həlli "Engineering Impact Award" mükafatına layiq görülüb.

Emil Hüseynov




12/08/15    Çap et