Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşetlərin qlobal tədarükü 11 faiz azalıb


2015-ci ilin ikinci rübündə planşetlərin qlobal tədarükü azalmağa davam edib. “Canalys” analitik şirkətinin məlumatına görə, illik hesablama üzrə tədarük göstəricisi 11 faiz azalaraq 42,5 milyon təşkil edib.
 
Beləliklə, üçillik kəskin artımdan sonra planşet bazarında indi durğunluq dövrü yaşanır.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər dünyanın bütün ölkələrində planşet tədarükünün azalmasını bildiriblər. Hesabata əsasən, 2015-ci ilin aprel-iyununda ən çox planşet (10 milyon) ABŞ-a tədarük edilib. Çin ikinci pilləni tutub, bu ölkəyə 6 milyondan çox planşet tədarük edilib. Bu halda Böyük Britaniya və Yaponiya ölkələrinə 2 milyon, Braziliyaya isə təxminən 1,5 milyon planşet tədarük edilib. Dünya üzrə planşet tədarükünün yarısı yuxarıda sadalanan bu beş ölkənin payına düşüb.
 
"İstehlak sektorundan fərqli olaraq biznes sektoru tədricən planşetlərin kütləvi tətbiqinə keçir. Korporativ istifadəçilər onların spesifik ehtiyacını təmin edən və lazımi tələblərə cavab verən qurğulara pul xərcləməyə hazırdırlar” – “Canalys” şirkətinin baş analitiki Koulinq deyib.
 
Emil Hüseynov




12/08/15    Çap et