Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Biometrik məlumatların mühafizəsinə daha çox diqqət ayrılmalıdır


Autentifikasiya üçün biomarkerdən istifadə edən şirkətlər biometrik informasiyanın mühafizəsinə daha böyük diqqət ayırmalıdır.
 
"ICTnews" elektron xəbər xidməti “payspacemagazine.com” saytına istinadən bildirir ki, biometrik informasiya dəyişmir: bir dəfə barmaq izini ələ keçirmiş haker daima ondan istifadə edəcək. Müqayisə üçün kredit kartının nömrəsini bankda dəyişmək olar.
 
“Android” mobil əməliyyat sistemi ilə işləyən bir çox smartfonlarda biometrik məlumatlar lazımi səviyyədə qorunmur.
 
Bundan başqa, biometrik məlumatların toplanılması və istifadəsi etibarlı mühafizə olunmalıdır və yalnız müştərinin icazəsi ilə həyata keçirilməlidir.
 
Emil Hüseynov





13/08/15    Çap et