Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın dahi şairinə həsr edilmiş poçt markası “eBay”-də satışa çıxarılıb


Azərbaycan haqqında sovet poçt markaları siyahısına daxil olan marka “eBay” internet mağazasında baha qiymətə satışa çıxarılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən marka ədəbiyyatımızın görkəmli simalarından olan Mirzə Ələkbər Sabirin 100 illiyi münasibəti ilə 1962-ci ildə buraxılıb.
 
“eBay”-də poçt markasının satış qiyməti 2,499.99 avro təşkil edir.
 
Markanın nominal dəyəri  dövriyyəyə buraxılan zaman 4 köhnə rus qəpiyinə bərabər olub.
 
CAHANGİR
 
 
 
 
 




15/08/15    Çap et