Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” əməliyyat sistemi artıq 50 milyon qurğuya quraşdırılıb


Bir sıra analitiklər və KİV nümayəndələri iddia edir ki, yeni "Windows 10" əməliyyat sisteminin satış startı çox uğurlu olub.
 
 
Öz mənbələrinə istinad edən "WinBeta" nəşrinin məlumatına görə, hazırda "Windows 10" əməliyyat sistemi dünyada 50 milyon fərdi kompüter və planşetdə qurulub.
 
 
Xatırladaq ki, 29 iyul 2015-ci il tarixində "Windows 10" platformasının satışlarına başlanılıb. 24 saat ərzində bu proqram platforması ilə işləyən kompüter qurğularının sayı 14 milyona yaxınlaşıb.
 
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Microsoft" korporasiyası hələ ki "Windows 10" ilə işləyən 50 milyon qurğu göstəricisini təsdiqləməyib.
 
ABŞ korporasiyası yaxın 3 ildə "Windows 10" ilə işləyən qurğuların sayını 1 milyarda çatdırmağı nəzərdə tutub.
 
Hazırda "Windows 10" platformasının masaüstü FK, noutbuk və planşetlər üçün nəzərdə tutulmuş "Home" və "Pro" versiyaları əlçatandır.
 
Bundan başqa, "Enterprise" və "Education" redaksiyaları əlçatandır.
 
Emil Hüseynov




17/08/15    Çap et