Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Teleradio”İB bölgələrdə monitorinqlər aparır


“Teleradio”İB-nin mühəndislərindən ibarət laboratoriya qrupu respublikamızın bölgələrində televiziya və radio proqramlarının yayım keyfiyyəti ilə bağlı monitorinqlər keçirib.

Bu barədə “İCTnews”-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib. Onun sözlərinə görə, konkret olaraq belə monitorinqlər Ağstafa və Lerik rayonlarında, o cümlədən, ətraf ərazilərdə aparılıb.

Monitorinqin nəticələrinə görə, adıçəkilən bölgələrdə ətraf ərazilərdə TV və radio proqramlarının yayım keyfiyyəti qənaətbəxşdir.




13/09/11    Çap et