Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MilliÖn” terminallarında bank kartları ilə ödəniş xidməti testləşdirilir


 "Komtech" şirkəti bu ilin sonuna kimi ona məxsus olan “MilliÖn” terminallarında bank kartlarının qəbulu funksiyasını aktivləşdirəcək.
 
Şirkətdən PR menecri Ülviyyə Əfəndiyevanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu xidmət növü "MilliÖn" terminallarının hamısında mövcuddur, lakin bu günədək bu funksiyaya böyük tələbat olmadığına görə aktivləşdirilməyib.
 
"Biz artıq terminallarımızda kartlarını qəbul edəcəyimiz bankı seçmişik və bu funksiyanın aktivləşdirilməsi istiqamətində işlər aparırıq. Hazırda bizim terminal şəbəkəmizdə bankla birgə test işləri aparılır və ümid edirik, bu ilin sonuna kimi artıq istifadəçilər bu imkandan yararlana biləcəklər", - deyə şirkətdən Ü. Əfəndiyeva bildirib.
 
 
Aynur Vəliyeva




19/08/15    Çap et