Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IEEE Big Data SE-15” sabah işə başlayır


“IEEE Big DataSE-15” “Big Data” üzrə 9-cu Beynəlxalq elm və texnika konfransı sabah Helsinkidə (Finlandiya) işə başlayır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, konfrans avqustun 20-22-də keçiriləcək və “Big Data” ilə bağlı ən son tendensiyaların təqdim edilməsinə və müzakirəsinə həsr olunacaq.
 
Tədbir çərçivəsində “Big Data” standartları, infrastrukturu, “MapReduce” və bulud hesablamaları, böyük həcmli məlumatların təhlili, virtuallaşdırılması, təhlükəsizliyi, bu sahədə elmi araşdırmalar və bir sıra digər  mövzularda məruzələr təqdim ediləcək və müzakirələr aparılacaq.
 
Aynur Vəliyeva




19/08/15    Çap et