Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bundestaqın kompüterlərini dörd günlük şəbəkədən ayıracaqlar


Haker hücumunun nəticələrini aradan qaldırmaq üçün Berlin bundestaqının binasındakı bütün kompüterlər dörd günlük şəbəkədən ayrılacaq. Bu haqda Almaniya parlamentinin sədri Norbert Lammert deyib.
 
Avqustun 20-dən etibarən kompüterlər İT mütəxəssislərdən başqa hər kəs üçün əlçatmaz olacaq.
 
 
Avqustun 24-də kompüter şəbəkəsi öz işini tam gücü ilə bərpa edəcək.
 
Həmçinin mobil qurğular vasitəsilə sistemlə işləmək qaydaları bütün istifadəçilər üçün dəyişəcək və parlament üzvləri öz kompüterlərinə giriş üçün yeni şifrə alacaqlar.
 
İnformasiya texnikası sahəsində təhlükəsizlik üzrə Federal qurum və konstitusiyanın mühafizəsi üzrə Federal qurumdan bildirilib ki, bundestaqın kompüterləri rusiyalı haker qruplaşması tərəfindən hücuma məruz qalıb.
 
Emil Hüseynov




20/08/15    Çap et