Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ hökuməti pilotsuz uçan aparatlara qarşı sistemin yaradılması üzərində işləyir


“Reuters” xəbər agentliyi yazır ki, ABŞ-ın hökumət strukturları pilotsuz uçan aparatlara (dron) qarşı sistem hazırlayır.
 
“ICTnews.az” saytı “gazeta.ru” saytına istinadən xəbər verir ki, dronların uçuşlarının çoxalması səbəbindən artan təhlükə ilə əlaqədar belə qərar qəbul edilib.
 
Xəbərə əsasən, ən az müdafiə olunan obyektlər hazırlanan sistemlə təchiz olunacaq və sistem dronların işini izləyərək onları bloklayacaq.
 
Emil Hüseynov
 




20/08/15    Çap et